Xəyalı gerçəkləşdi







ABŞ-ın Oregon əyalətində bir adam "Boinq 727” tipi köhnə bir təyyarəni yenidən dizayn edərək ev halına gətirdi. Təyyarədəki kresloları çıxaran və əşyaları oraya yığan Campbellin otaqları göz oxşayır. Elektrik və su təchizatına malik "təyyarə ev”də duş və tualet də mövcuddur. Radio və televiziyanın olmadığı evdə iPod imdada yetişir. Campbell, "xülyalardakı evinə” qovuşduğunu söyləyir.