Kəndə sel gəldi

Suların altından balistik mərmi çıxdı





Rusiyanın Sibir bölgəsini ağuşuna alan sel sularının altından hamını təəccübləndirən bir cism çıxdı. Sibirin şərqində olan Altay bölgəsindəki Biysky şəhərinə bağlı Malougrenyevo kəndinin sakinləri sular çəkilincə nəhəng bir balistik mərmiylə qarşı-qarşıya qaldı. Kəndlilər dərhal polisi xəbərdar edib. Bəzi səlahiyyətlilər, Qazaxıstanın Baykonur istiqamətindən atılan Proton raketlərinin bu bölgə üzərindən uçduğunu xatırladaraq, bir evin bağçasına girən nəhəng cisimin Proton raketindən düşən bir yanacaq tankı olduğunu bildirdi. Ancaq hərbi mütəxəssislər nəhəng silindrin Sovet dövründən qalma bir qitələrarası balistik mərminin yanacaq tankı olduğunu açıqladı.