Daxili İşlər Nazirliyindən əhaliyə müraciət





Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Nazirliyin "102” Xidməti ilə yanaşı "902” telefon nömrəsi də əhalinin xidmətindədir.
Belə ki, müvafiq sahədə fəaliyyətin davamı olaraq Baş Dövlət Yol Polisi İdarəsində də şikayətlərin qəbulunu həyata keçirən "Qaynar xətt” xidməti yaradılıb. Nazirlik vətəndaşlara müraciət edərək bildirir ki, bununla əlaqədar həmin qurumun əməkdaşlarının qanunsuz hərəkətləri barədə "902” telefon nömrəsinə də məlumat verə bilərlər:
Bundan əlavə müraciətdə nazirliyin ötən il açıqladığı siyahı da diqqətə çatdırılıb. Belə ki, 2013-ci ildə "102” Xidməti - Zəng Mərkəzi sisteminə 216 minə yaxın şəxs, o cümlədən 13 mindən çox cinayət xarakterli məlumat daxil olub. Həmin müraciətlərin əsasında isə 300-dək ağır və xüsusilə ağır cinayət "isti izlərlə” açılıb.