“Vahid kart olmayacaq”

Metro Nəqliyyat Nazirliyinə tabe olmadığı üçün sistem baş tutmayıb



 "Nəqliyyatda vahid kart sistemi olmayacaq”. ANS PRESS-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
O bildirib ki, metro tam ayrı strukturdur və Nəqliyyat Nazirliyinə tabe olmadığı üçün vahid kart sistemi baş tutmayıb:
"Metro kartları artıq vətəndaşlara satılıb. Ona görədə vahid forma olmadı. Avtobuslar üçün nəzərdə tutulan kartlardan taksilərdə, ictimai-iaşə müəssələrində və avtobuslarda istifadə etmək olar. Bunun üçün kartınıza müəyyən qədər pul daxil etməlisiniz. Bu yolla kartdan istifadə etmək mümkündür”.