Havalar sərinləşəcək

Sabah Azərbaycanın rayonlarında havanın temperaturu 3-4 dərəcə enəcək




Azərbaycan ərazisində havanın tempraturu aşağı düşəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, sabah 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, olacaq, arabir tutulacaq. Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gecəyə doğru arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-20, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

İyunun 12-də Azərbaycanın bölgələrində gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.