Soydaşımızın namizədliyinin bərpası Marneulidə coşqu ilə qeyd olundu





Gürcüstanda keçiriləcək seçkilərdən kənarlaşdırılan Əhməd İmamquliyevin namizədliyinin bərpası soydaşlarımız tərəfindən coşqu ilə qeyd olunub.
Aktual.az xəbər verir ki, dünən keçirilən məhkəmə prosesində İmamquliyevin xeyrinə qərar çıxarılıb.
Qeyd edək ki, bir neçə gün bundan öncə, İmamquliyevin son 2 il ərzində ölkə ərazisində yaşamadığını gözlənilmədən əsas gətirən Marneuli Dairə Seçki Komissiyası onun namizədliyini ləğv etmişdi.Buna etiraz edən yerli sakinlər müvafiq qurumlardan ədalətli qərar çıxarılmasını tələb etdilər.Elə dünən günün ikinci yarısında məhkəmə instansiyası azərbaycanlı namizədin şikayət müraciətini müsbət dəyərləndirmək məcburiyyətində qalıb.
Xatırladaq ki, müxalifətdəki Vahid Milli Hərəkat partiyasının üzvü olan İmamquliyev qarşıdan gələn seçkilərdə Marneuli üzrə ən şanslı namizədlərdən sayılır.Onun bu sevincini sözgedən partiyanın üzvü, deputat Azər Süleymanov və təşkilatın aparıcı simalarından olan, Tiflis şəhərinin sabiq meri Qiqi Uqulava, həmçinin Marneuli şəhər sakinləri bölüşüblər.