Bakı ilə Sumqayıt arasında elektrik nəqliyyatı olacaq






Bakı və Sumqayıt şəhərləri arasında yüngül elektrik nəqliyyatının olması nəzərdə tutulur.
Çünki bu istiqamətdə insan axını həddindən artıq çoxdur.
"APA-Economics”ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
M. Pənahovun sözlərinə görə, hazırda bununla bağlı layihələr işlənir: "Bu sahədə kifayət qədər təkliflər var”.