“Namiq Qaraçuxurlunu seriala daha çəkməyəcəyik”





"Namiq Qaraçuxurlunu bu seriala tanınmış sima olduğuna və serialın reytinqini düşünərək çəkmişdik. Amma növbəti serialımızda Namiq olmayacaq”. Bunu AzNews.az-a açıqlamasında "Toy gecəsi” serialının rejissoru Yaşar Əhmədov bildirib. Rejissor deyib ki, meyxanaçını seriala çəkməsi "Toy gecəsi”nin reytinqinə müsbət təsir edib: "Bu mövsüm nümayiş olunan seriallar arasında ilk sırada biz idik. Birinci olmağımızda Namiq Qaraçuxurlunun rolu böyükdür. Gələcəkdə bədii film çəkəsi olsaq, yenə birlikdə işləyəcəyik”.

Qeyd edək ki, N.Qaraçuxurlu "Toy gecəsi” serialının baş rolunu – "Murad”ı oynayırdı.