Masallıda 3 yaşlı qız çayda boğulub






Masallı rayonunda bədbəxt hadisə baş verib.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Masalı rayonunun Abbasbəyli kəndində qeydə alınıb.
2011-ci il təvəllüdlü Zəhra Əli qızı Qasımzadə Viləş çayının evlərinin yaxınlığından keçən qoluna düşüb. Hadisə şahidlərinin məlumatına görə, 3 yaşlı Zəhra bacı-qardaşları ilə oynayan zaman ayağı sürüşüb və çaya yıxılıb. Bu zaman onun 2008-ci il təvəllüdlü qardaşı Hüseyn Zəhranı tutmaq üçün özünü çaya atıb.
Əli Qasımzadənin evində qonaq olan şəxs Hüseyni çaydan çıxara bilib. Bir qədər sonra sudan çıxarılan 3 yaşlı uşağın isə öldüyü məlum olub.
Hadisə yerinə rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.