Akif Nağını polisə aparırlar








Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının Bakı Şəhər Baş Polis İdarəsinə aparılması ilə bağlı məlumat yayılıb.
QAT rəhbəri xəbəri təsdiqləyib. A. Nağı Modern.az saytına açıqlamasında bildirib ki, hazırda polisin xidməti avtomobilində BŞBPİ-nə gedir. "Mənə səbəbini deməyiblər. Amma böyük ehtimal erməni deputatların Bakıya gəlməyinə mənim etirazımla bağlıdır”,-deyə QAT sədri bildirib.

Qeyd edək ki, iyunun 16-18-də Bakıda NATO Parlament Assambleyasının "Rose Roth” seminarı keçiriləcək. Seminara erməni deputatların da qatılacağı gözlənilir. A. Nağı isə buna etiraz edib.