ABŞ İraqda hərbi əməliyyatlar planlaşdırır

Barak Obama: "İŞİD yaraqlılarının İraq və Suriyada möhkəmlənməsi Amerika maraqlarına uyğun deyil"




 ABŞ prezidenti Barak Obama bildirib ki, ABŞ İraqa yardım üçün bütün variantlara baxır.
ANS PRESS-in məlumatına görə, Obama İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı hərbi əməliyyatları istisna etməyib.
"Bizim milli təhlükəsizlik komandası bütün variantlara baxır. Mən heç nəyi istisna etmirəm", - deyə Amerika prezidenti bildirib.
Obama vurğulayıb ki, İŞİD yaraqlılarının İraq və Suriyada möhkəmlənməsi Amerika maraqlarına uyğun deyil.