Braziliyada etiraz aksiyası: azı 5 nəfər yaralanıb





Braziliyada futbol üzrə dünya çempionatı başlayır.
Lent.az-ın "RİA Novosti”-yə istinadən məlumatına görə, ölkənin San-Paul şəhərində keçirilən etiraz aksiyası zaman polislə yürüşçülər arasında toqquşma baş verib.
Baş verən qarşıdurma nəticəsində azı 5 nəfər yaralanıb.
Mənbə bildirib ki, dünya çempionatının keçirilməsinə qarşı keçirilən aksiyada onlarla insan iştirak edib.
Polis xəsarət alanların sayının çoxalacağını istisna etməyib.
Mənbə xatırladıb ki, çempionatın açılmasına bir neçə saat qalmış Rio-de-Janeyro şəhərindəki üç hava limanının işçiləri qismən tətil edib.
İyunun 11-də San-Paul metropolitenini işçiləri də bu aksiyaya qoşulacaqlarını bəyan etmişdi. Ancaq sonradan onlar bu aksiyadan imtina edib.