Ermənistan qarışdı

Müxalifətçi polisləri güllələdi



Ermənistanın Tsegakron partiyasının tərəfdarı İrəvan məhkəməsinin binası qarşısında atəş açaraq bir neçə polis zabitini yaralayıb. "Azadlıq” Radiosu xəbər verir ki, hadisə iyunun 12-də İrəvanda Tsegakronun lideri Shant Harutiunianın məhkəməsi getdiyi vaxt baş verib.

Güllə atan 31 yaşlı Haik Biuregiandır. O, binanın yanında dayanmış maşının üstə çıxıb və polisə pnevmatik tapançadan atəş açıb. Bir neçə polis yaralanıb və onları xəstəxanaya aparıblar. İyunun 12-də İrəvanda Ermənistanın millətçi Tsegakron partiyasının lideri Shant Harutiunianın məhkəməsi başlanıb. O, noyabr ayında İrəvanda öz partiyasından olan tərəfdarlarının polislə toqquşmalarından sonra həbs olunub. O vaxt nümayişçilər prezident ofisinə yürüş etməyə cəhd göstərdi. Partiya fəalları deyirdilər ki, onlar Ermənistanda inqilab etmək istəyirdilər. Polislə həmin toqquşmalarda onlarla nümayişçi yaralandı, 4 polis xəsarət aldı. Harutiunianı polisə müqavimətə görə 10 ilədək həbs cəzası gözləyə bilər. Ancaq o və partiya fəalları bu məhkləməni siyasi motivli hesab edirlər. Harutiunian onu da deyib ki, həbsindən sonra polis onu döyüb. Gözətçilərin və müstəntiqlərinə rəftraına etiraz olaraq o, həbsxanada 17 gün aclıq edib.