7 ildə 29 min lirə yığdı!

İndi o pullara ev alacaq




Trabzonda Məmməd Üfüq Ayas adlı vətəndaş 7 il boyunca alver etdikdən sonra pul üstü olaraq verilən 1 lirələri toplayaraq 29 min lirə yığdı.

Trabzonda bir uşaq atası olan 34 yaşlı bufet administratoru Məmməd Üfüq Ayas, təxminən 7 il əvvəl 1 lirələri yığmağa qərar verib. Bundan sonra Ayas pulları plastik qutularda saxlamağa başladı. Təxminən iki il əvvəl evlənən Ayasın həyat yoldaşı Sinəm Şengül pulları gördükdə "Bunlar nədir?” deyə soruşur. Həyat yoldaşı ona "Sərmayə olsun’ deyə təcrübə etdim” cavabını verir.

Bu qədər xırda pulu olacağını təxmin etməyən Məmməd Üfüq Ayas, "Tamamilə təsadüf oldu. Bir az xırda pul yığmışdım. Mənim kiçik bir bacı oğlum var. Onun qida qabının birinə pulları doldurdum. Daha sonra evdə xırda pullar çoxaldığından həyat yoldaşım mənə banka gedərək pulları dəyişdirməyi söylədi.

Banka getdiyimdə bankçı pulların çox olduğunu görüncə "Burada çox pul var, saymaq çətin olar. Müştərilərin zamanını alacağıq. Siz Mərkəzi Banka gedin” dedi. Mən də Mərkəz Banka getməyə ərindim. Pulları götürərək evə qayıtdım və yığmağa davam etdim. Qızım dünyaya gəldikdən sonra onun qida qutularına qoymağa başladım. Hər gün alver etdikdən sonra artan pulları axşam evə gətirib qutuya atdım. Təxminən 7 ildir bunu edirəm. Bu qədər pul olacağını mən də təxmin etməmişdim” deyir.

Hədəfinin ev almaq olduğunu ifadə edən Ayas, "indi avtomobilim var. Pullar çoxaldıqdan sonra bir ev almağı düşünürəm. 1 lirə toplanaraq 29 milyard olmuşdu. Bu pulları dəyişdirmək istəmirəm. Çünki pullar məni rahatlayır. Qədimi bir küpüm var. Bu pulları ora qoyaraq torpağa basdırmağı da düşünürəm. Pulları sayarkən çox çaşdım. Daha sonra kağız pulları da yığmağa başladıq və yığaraq nəticəni aldıq. Çünki bu qədər pulu bir anda saymaq insanı çaşdıra bilir” deyə danışdı.