Kim Yonq "səhv hava təxminləri"nə görə danladı





Şimali Koreya lideri Kim Yonq təəccübləndirəcək addımlarına bir yenisini də əlavə etdi. Gənc lider ''səhv hava təxminləri'' səbəbiylə meteorologiya mütəxəssislərini danladı.
Şimali Koreya rəsmi xəbər agentliyinə (KNCA) görə, Kim Yonqun ziyarət etdiyi Meteorologiya Dairəsində, vəzifəliləri ''Tez-tez doğru olmayan hava təxminləri'' etdikləri səbəbiylə xəbərdar edərək, təşkilatın xidmətlərinin "müasir və elmi" olmadığını ifadə etdi.
Şimali Koreya lideri, "xalqın can və malını, anormal hava şərtlərindən qaynaqlanacaq fəlakətlərdən qorumaq üçün yaxşı təxminlərə ehtiyac duyulduğunu" ifadə etdi.
Səhv hava təxminlərinin səbəbi olaraq təşkilatın kafi texnoloji təchizata sahib olması göstərilir.