Bakıda sərnişin avtobusu ağır qəza törətdi: yaralılar var

Azadlıq prospektində avtobus minik avtomobillərinə çırpılıb





Bu gün Binəqədi rayonu ərazisində sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Azadlıq prospekti 189 ünvanının qarşısında 165 saylı xətt üzrə hərəkət edən "Daewoo” markalı sərnişin avtobusu "Wolksvagen” və "Hyundai” markalı iki minik avtomobili ilə toqquşub.
Bildirilir ki, qəzaya səbəb "Wolksvagen”in yolun əks istiqamətinə çıxaraq manevr etmək istəməsi olub.
Hadisə nəticəsində avtobusun sərnişinləri və minik avtomobillərində olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, hadisə ilə bağlı ilk fotoları və məlumatı jurnalist Əzizə İsmayılova paylaşıb.