Dünya şokda: Adamyeyən dəhşəti!

6 uşaq anası olan qadın həyat yoldaşına, "qəribə görünüşlü bir adam tərəfindən izlənildiyi" mesajını göndərdi...amma gec oldu



ABŞ-ın Tennessee əyaləti dünyanı sarsıdan adamyeyən dəhşətinə səhnə oldu. Gregory Scott Hala (37) adlı şübhəli bir qadını öldürmək, cəsədə zərər vermək və cəsədin bir qisimini yemək cinayəti ilə həbs olundu. Qorxunc hadisə bir gün yaşandı.
Lisa Marie Hyder adlı 6 uşaq anası olan qadın həyat yoldaşına, "qəribə görünüşlü bir adam tərəfindən izlənildiyi" mesajını göndərdi. Hayderə çata bilməyən həyat yoldaşı vəziyyəti polisə bildirdi. Polis 1 gün sonra 36 yaşlı qadının cəsəd parçalarını bir ərazidə tapdı. (Milliyət.com.tr)
Qadının öldürülmədən əvvəl qatil haqqındakı "qəribə görünüşlü" sözündən yola çıxan polislər, cinayət məhəllinə ən yaxın bölgədə yaşayan satanist Gregory Scott Halanın evində axtarış apardı. Hallanın evində qurbanına aid kəsik baş və cəsəd parçaları tapıldı. Cinayətin bəzi detalları bölgə prokurorunun şərh edə bilməyəcəyi qədər dəhşətverici idi. Hala cəsədi parçalara ayırmadan əvvəl öldürdüyünü və bir qisimini basdırdığını, qalan qisimini də yediyini etiraf etdi.