Rahat Əliyev həbs olundu





Avropa İttifaqında nəhayət bir anlayış yarandı ki, nə hər oliqarx demokrat ola bilməz, nə də demokrat oliqarx. Avstriyanın paytaxtında baş verən gurultulu həbs vacib tendensiyaya işarə oldu - Qərb Şərqdən qaçan cinayətkarlara artıq himayədarlıq etmir.

Demokratiya dövlət idarəçiliyin ən vacib elementidir, lakin Rusiyadan, Qazaxıstandan olan hiyləgər pullularla rastlaşdıqda, o, zəif yeri aşkar etdi. Yəni hər qaçaq cinayətkar özünü demokratiya dəyərlərinin himayədarı kimi təqdim edə bilərdi, bu da külli miqdarda pul olduğu halda heç də çətin deyilmiş. Nəticədə onlar indulqensiya ala bilməsələr də, hökmün vaxtını uzada bilirdilər. Həmin vaxtı cinayətkarlar iz azdırmaq, KİV-lərdə öz xeyirlərinə təbliğat işləri aparmaq, ictimai fikri lazımi istiqamətdə formalaşdırmaqla məşqul idilər və bununla hökümətlərə təzyiqlər göstərirdilər.

Digər qazaxıstanlı oliqarx Muxtar Ablyazov kimi, Rahat Əliyevin misalı belə hər şeyi qavrayan yalanla dolu məsələlərin araşdırması nə qədər çətin olduğunu bildirir. Lakin əhəmiyyətlisi odur ki, Avropa cəmiyyəti nəhayət yaxşını pisdən ayırmağı bacardı, araşdırma asta-asta, xırda addımlarla getsə də, finala yaxınlaşır. Son zamanlar Şoraz soyadıyla tanınan Rahat Əliyevin həbs olunması araşdırmanın yeni mərhələsini göstərən qəti addımdır. Sadə dildə desək, R.Əliyevin "quyruğu” qapı arasında qaldı. Əks təqdirdə o nəyə görə polisə könüllü olaraq gəlib istintaqla əməkdaşlıq etməyə razılıq verdi?

Qısaca bu cinayət nöqteyi nəzərdən çox maraqlı subyektin keçmiş "qəhrəmanlıqlardan” danışım. Səhf etmirəmsə Qazaxıstanda insan oğurluğu, ölüm, reyder hərəkətləri və dövlət çevrilişi cəhtlərinə görə 40 il həbs cəzası almışdır. Avstriyada gizləndi, sonra özünü qaçqın kimi təqdim edib Maltaya getdi.

Günahsızlıq prezumpsiyası Avropanın məhkəmə sisteminin sarsılmaz fundamenti olduğu üçün onu Qazaxıstana təhvil verməkdən imtina edərək, onun necə insan olduğunu özü araşdırmağa çalışdı. İş çaparaq getdi. Oliqarxın işləri ilə yaxından tanışlıq maraqlı cinayət əhvalatları üçün darıxmış müstəntiqləri vəcdə gətirdi. 2011-ci ildə Avstriyada qazaxıstanlı bankirlərin öldürülməsilə bağlı araşdırmalar başlandı. Həmin bu iş çərçivəsində oliqarx həbs olundu. Niyə bunu əvvəlcə etmədilər.

Avstriya prokurorluğun nümayəndəsi dedi ki, iş çox qəliz və problemlidir. Öz tərəfimizdən əlavə edək ki, bu araşdırmaya FTB-nin mütəxəssisləri də cəlb olunmuşdur.

Paralel olaraq R.Əliyevə qarşı araşdırma Malta da aparırdı. 2013-cü ilin iyunun 6-da maltiyalı hakim Maykl Mallia oliqarxa qarşı cinayət işi açdı. O, Berlin Dankert Spiller Richter Barlein (DRSB) vəkillər kontorunun ərizəsi əsasında Maltanın Baş Prokurorluğun oliqarxa qarşı irəli sürülmüş ittihamları əsaslandırılmış hesab etdi. Söhbət milyonlara avronun yuylmasından gedir. Araşdırma dairəsinə çoxlu ölkələr daxildir, o cümlədən Almaniya. AFR-də ona qarşı iş Krefeld prokurorluğu tərəfindən açılıb. Aydın məsələdir ki, R.Əliyev belə vəziyyətdə aradan çıxmağa cəhd edirdi. Onun çaxnaşmaya düşməyin səbəbi onda idi ki, R.Əliyev tez-tez vəkilləri dəyişməyə başladı. Bundan başqa vəziyyət gərginləşəndə o, Kiprin vətəndaşlığını almağa cəhd elədi. Lakin işin səs-küyü beynəlxalq aləmdə yayldığına görə onun pulları bu işdə yardımçı ola bilmədi. Oradan onu tale Vyanaya gətirdi və bu gün artıq dustaqxana skamyasını parıldadır.

Onun kimi başqa oliqarx Muxtar Ablyazov hazırda Fransa dustaqxanasında digər skamyasını parıldadır. Onun qarşısında bu yaxınlarda Moskva səfəri perspektivi uzaqdan görünür.

Bu günlərdə Lion şəhərinin apelyasiya məhkəməsi Rusiya Baş prokurorluğun məhkəmə iclaslarında onun nümayəndələrin olması barəsində vəsatəti təmin etdi. Bu isə oliqarxın qələbə şanslarını demək olar heçə endirir.

Bu ilin yanvar ayında Eks-an-Provansın apelyasiya məhkəməsi cinayətkarı Rusiyaya vermək məsələsini artıq həll edib. Lakin sonra formal əsaslara görə bu qərarı ləğv etdi. Görünür Ablyazov işdə sənədlərin rəsmiləşdirilməsində xırda ilişmələr tapan vəkillərə küllü miqdarda pulları nahaq vermir. Lakin buna baxmayaraq Fransa femidası onun taleyini artıq həll edib, bircə onu de-yure rəsmiləşdirmək qalır. Yeri gəlmişkən Fransa prokurorluğu Ablyazovun ölkədən çıxarılmasını müsbət qiymətləndirir.

Vəkillər isə, aydın məsələdir ki, işi burmaq fikrindədirlər. Ablyazov özü də vaxt itirmədən informasiya müharibəsini davam edərək, azadlığa çıxa bilməsə də, heç olmasa Fransa sahillərində rahat dustaqxanalarında yer almaq istəyir. Lakin bu əlli yaşlı tülkünü yaxşı tanıyanlar deyirlər ki, o vahimə içindədir.

Ablyazovun quyruğu qapı arasında qalanda o yazıq-yazıq hamıya danışır ki, onu öldürmək istəyirlər. Bu yaxınlarda müsahibələrin birində o, Fransanı biyabır edərək demişdi ki, onun həyatı təhlükə altındadır. Güya ona görə, gəzintinti zamanı bir hadisə baş verməmək üçün o, tək adam üçün kamera tələb etdi. Bu o deməkdir ki, Ablyazov fransızlarla dil tapa bilmədi. Yeri gəlmişkən

İngiltərədə ona 22 ay həbs qətiimkan kəsiləndə, o, həmin ölkənin məhkəməsini qeyri obyektivlikdə ittiham etmişdir.

Anar