İŞİD Avropaya hücum edəcək?

Bunu İngiltərənin baş naziri Devid Kameron bildirib



İraq Şam İslam Dövləti (İŞİD) Avropaya hücuma hazırlaşır. ANS PRESS-in məlumatına görə, bunu İngiltərənin baş naziri Devid Kameron deyib.
O, terrorçu qruplaşmanın İngiltərəyə hücum planlaşdırdığını deyib.

Nazir həftəlik mətbuat konfransında İraqda baş verənləri şərh edib, İŞİD-la bağlı sualları cavablandırıb.

Onun sözlərinə görə, İngiltərə üçün İŞİD-ın Əfqanıstan və Pakistandakı cihadçılardan daha böyük təhlükə daşıyır.

Kameron İraqa göndərilən humanitar yardımın da artırılaraq 5 milyon funt sterlinqə çatdırıldığını deyib.