İraq ABŞ-dan sünni üsyançılara qarşı hava hücumları keçirməsini istəyib







ABŞ silahlı qüvvələrinin yüksək səviyyəli rəsmisi İraq hökumətinin ABŞ-dan sünni islamçı yaraqlılara qarşı mübarizəyə yardım məqsədilə hava hücumları keçirməsini istəyib.
ABŞ-ın Birgə Qərargahlar rəisi, ordu generalı Martin Dempsi Senatın alt komitəsində müzakirələr zamanı deyib ki, İraq hökuməti ölkənin əsas neft emalı zavoduna hücum etmiş yaraqlılara qarşı hava hücumu keçirməsini istəyib.
Respublikaçı senator Lindsi Qraham bu müraciətə cavab verilməsinin ABŞ-ın milli maraqlarına uyğun gəldiyinə inandığını deyib. ABŞ prezidenti Barak Obamanın qanunvericiləri müraciətlə bağlı məlumatlandıracağı gözlənilir.
General Dempsi yaraqlıların İraqda hücumları və İraq hökumətinin xalqı birləşdirə bilməməsindən məyus olduğunu bildirib.(Amerikanın səsi)
ABŞ-ın Müdafiə naziri Çak Heygel iğtişaşlara görə məsuliyyətin bütünlüklə yaraqlıların deyil, eyni zamanda, ölkə rəhbərliyində müxtəlif qruplarla iş birliyinə dair öhdəliklərə əməl etməyən İraq hökumətinin üzərinə düşdüyünü deyib.