Polis rəisi kabinetində vəfat etdi

Onun ürək tutmasından öldüyü bildirilir



Xocavənd Rayon Polis Şöbəsinin rəisi Hüseyn Qarayev kabinetində vəfat edib. Xocavənd Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə polis rəisi bir saat bundan əvvəl ürək tutmasından keçinib.
Hüseyn Murad oğlu Qarayev 1957-ci ildə anadan olub, polis polkovnikidir. 2007-ci ildən etibarən Xocavənd RPŞ-nin rəisi idi.