İŞİD Messini "əmir" elan etdi - Ləqəbi "Əbu Xəfəf"

Terror təşkilatını bu qərarı verməyə Argentinanın İranı məğlub etməsi vadar edib



İŞİD terror təşkilatı Argentina yığmasının hücumçusu Leonel Messini "əmir” elan edib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə İŞİD-in Twitter səhifəsində məlumat verilib: "Messini Latın Amerika əmirimiz elan edirik”.
İŞİD-i bu qərarı verməyə Braziliyadakı dünya çempionatında F qrupunda mübarizə aparan Argentinanın İranı məğlub etməsi vadar edib. İran üzərindəki qələbəyə görə Argentinanı təbrik edən təşkilat tərəfindən yeganə qolun müəllifi Messiyə "Əbu Xəfəf” (Qolun atası) ləqəbi də verilib.