Con Kerrri Bağdadda

Rəsmi Vaşinqton İraqda yeni hökumətin qurulmasında maraqlıdır



ABŞ dövlət katibi Con Kerri Bağdada gəlib.
ANS PRESS-in məlumatına görə o, baş nazir Nuri-əl-Malikini yaraqlılarla mübarizədə bütün tərəfləri təmsil edən yeni hökumət qurulmasının vacibliyini inandırmağa çalışacaq.
Dövlət Departamentinin yaydığı məlumatda bundan əlavə ABŞ-ın İraqa hərbi yardımı müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, İraqda İŞİD terror qruplaşmasının hücumları nəticəsində ölkənin şimalında bir çox şəhərlər zəbt edilib. Hazırda qruplaşma ölkənin qərbində olan şəhərləri də tutmaqda təhdid edir.