Tünzalə Ağayeva ikinci dəfə ailə qurub?





 
Əməkdar artist Tünzalə Ağayeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Daha doğrusu sənətçinin vermək istəmədiyi açıqlama dolayısıyla onun ailəli olduğunu ortaya çıxarıb.
Müğənni ANS-də yayımlanan "Şoubiz” verilişinə bunları deyib:
"Ailə qurmuşamsa da, qurmamışamsa da, bu, mənə aiddir. İstəmirəm ki, ümumiyyətlə bunu mediaya çıxarım. Sadəcə onu deyə bilərəm ki, həyatda xoşbəxt bir qadınam, xoşbəxt anayam, bacıyam, övladam. Həyatımdakı dəyişiklikləri mikrofon qarşısında deməyi tərcih etmirəm. Bu da insan olaraq mənim haqqımdır”.
Qeyd edək ki, əməkdar artistin ilk rəsmi nikahından bir qız övladı var.