Azərbaycan ərazisinə soxulmuş erməni tutuldu

49 yaşlı erməninin Azərbaycan ərazisinə hansı məqsədlə daxil olması araşdırılır




Tovuzun Ağbulaq kəndində erməni tutulub. Lent.az-ın məlumatına görə, bu barədə yerli "Turkel TV" kanalı məlumat yayıb. Bildirilir ki, Tovuz rayonunun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu bu gün Ermənistan vətəndaşı, 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğlunu tutub. A.Petrosyan müvafiq orqnlara təslim edilib.
Araşdırmalar aparılır.