2 uşağı atanın gözü qarşısında öldü

Ata gözyaşları içində övladlarının meyitlərini oxşayıb



 Türkiyənin Bolu vilayətində baş verən yol qəza nəticəsində 2 nəfər ölüb 7 nəfər yaralanıb.
 Ömər Çakarın idarə etdiyi Almanya dövlət nömrəli aftobus bariyerlərə çırpılıb və aşıb. Qəza nəticəsində 3 yaşlı İbrahim atasının gözü qarşısında dünyasını dəyişib. Onunla birlikdə 17 yaşlı Nurha Çakar hadisə yerindəcə həyatını itirib. Sürücü ilə birlikdə Suat, Ceylan, Mahmud, Məhəmməd, Əli və Məryəm Çakır yaralanıb.
Almanyadan Mersinə getdiyi öyrənilən Ömər Çakır gözyaşları içində qəzada vəfat edən oğlu İbrahimin əllərini tutub, alnından öpüb. Qəzada özü də yaralanan kədərli ata daha sonra 17 yaşlı qızının yanına gedib. Onun cəsədini qucaqlayaraq gözyaşları töküb.