Kreml prezidentlərin görüşü ilə bağlı məlumat yaydı

Prezidentlərin hansı məsələləri müzakirə edəcəyi açıqlanıb




Rusiya prezidenti Vladimir Putin avqustun 9-da Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Eyni gün V. Putinin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşü keçiriləcək.
Kremlin mətbuat xidmətindən bildirilib ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşündə ikitərəfli əməkdaşlığın ən vacib məsələlərinin müzakirəsi, xüsusən enerji, investisiyalar və regionlararası kooperasiya sahəsində qarşılıqlı faydalı layihələrin inkişafı üçün birgə addımların razılaşdırılması planlaşdırılır.
S. Sarkisyanla görüşdə isə siyasi, iqtisadi-ticarət və humanitar əlaqələrin bundan sonrakı inkişafı barədə fikir mübadiləsi aparılacaq. Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması prosesinə xüsusi diqqət yetiriləcək.