Püşk atılıb: "Beşiktaş"ın bəxtinə "Arsenal" düşdü






Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Tədbir İsveçrənin Nyon şəhərində keçirilib. 3-cü mərhələdə təmsilçimiz "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Zalsburq" İsveç çempionu "Malmö" ilə qarşılaşacaq. Azərbaycanlı azarkeşlərin də izlədiyi "Beşiktaş" isə arzuolunmaz rəqiblə - "Arsenal"la mübarizə aparmalı olacaq.
Çempionlar Liqası pley-off mərhələsi
"Maribor” (Slovaniya) - "Seltik" (Şotlandiya)
"Zalsburq” (Avstriya) - "Malmö” (İsveç)
"Olborq” (Danimarka) - APOEL (Kipr)
"Styaua” (Rumıniya) - "Ludoqorets” (Bolqarıstan)
BATE (Belarus) - "Slovan” (Slovakiya)
"Beşiktaş” (Türkiyə) - "Arsenal” (İngiltərə)*
"Standard” (Belçika) - "Zenit” (Rusiya)
"Kopenhagen” (Danimarka) - "Bayer” (Almaniya)*
"Lill” (Fransa) - "Porto” (Portuqaliya)
"Napoli” (İtaliya) - "Atletik” (İspaniya)