Qərb modasında litən» gənclər

Qızlar bir yana, gənc oğlanlar da geyim tərzini dəyişir





Son zamanlar gənclərin, məxsusi olaraq gənc oğlanların geyim tərzi müzakirə obyektinə çevrilib. Bəzi gənc oğlanlar əvvəllər dar geyimlərə üz tuturdularsa, indi az qala bellərindən düşəcək dərəcədə gen, dizləri didilmiş şalvar, yaxası açıq köynək, ayağına bir neçə ölçü böyük UketaF və reper UkepkaFsına üstünlük verirlər. Satıcı qızların dediyinə inansaq, hətta bu cür geyim modellərinə görə, bəzi oğlanlar qadın mağazalarına baş çəkərək həmin stilli geyim ləvazimatlarını istəyirlər. Bunun səbəbini isə dəblə və ya müasirliklə əlaqələndirirlər. Əlbəttə, gənclərimizin buna meyl etməsi ictimaiyyətdə birmənalı qarşılanmır. Belə üslubu çağdaş dövrün tələbi adlandıranlarla yanaşı, ədəbsizlik sayanlar da var. Məlumdur ki, yaşlı nəslin əksər nümayəndəsi gənclərimizin geyim tərzini bəyənmir. Çox hallarda onları qınayırlar da. Dəblə ayaqlaşmaq istəyən gəncləri isə yaşlıların nə deyib-demədiyi maraqlandırmır. Məsələn, 20 yaşlı lfeysbuk» istifadəçisi Fərid Talıbov sorğumuza cavab verərkən bildirdi ki, geyimi ilə bağlı çox tənqidlə üzləşsə də, bunun əhəmiyyətinə varmır. Onun sözlərinə görə, cəmiyyətdə hər kəs istədiyi kimi geyinmək hüququna malikdir: UKim nə deyirsə, desin. İnsanların fikrinə görə öz istəklərimə xətt çəkməli deyiləm ki? Bu ilin dəbi necədirsə, elə də geyinəcəm. Bəzən bizə deyirlər ki, kişi belə geyinməz. O adamlara deyirəm ki, kişilik hər hansı rənglə ölçülmürF.

F.Talıbov onu da əlavə edib ki, bu geyimləri geyməklə müasir olduqlarını cəmiyyətə sübut etmək istəyirlər: UAvropa məkanında hamı istədiyi kimi geyinir. Heç kəsin də haqqı yoxdur ki, bir-birinin şəxsi işinə qarışsın. Cəmiyyətin bu qədər problemi olduğu halda gözlər yalnız bizimi görür? Ancaq geyimlərimlə fərqliyəm. Qəlbimizdə Vətən sevgisi də var, Allah sevgisi dəF.

Fransada təhsil alan 24 yaşlı Səbinə Məmmədova düşünür ki, gənclərin geyimlərinin onların xarakterləri ilə əlaqəsi var və onların formalaşmış xarakterləri geyimlərində özünü büruzə verir: UÖlkəmizdə bir qrup gənc var ki, yetərli qədər geyim zövqü formalaşıb. Hara nə geyinmək lazım olduğunu yaxşı bilir. Sevindirici haldır ki, Bakının mərkəzi küçələrində deyil, regionlarda da belə gənclərlə rastlaşırıq. Təəssüf doğuran hal isə odur ki, digər qrup gənclər getdikləri məkanın fərqinə varmadan, sadəcə, Uməndə bu var və göstərməliyəmF şüarı ilə, az qalır, qarderobundakı paltarların hamısını üstündə gəzdirsin. İndiki halda zövqsüz geyinən bu qrup gənclərin sayı digərlərinə nisbətən daha çoxdurF.a

Həmsöhbətimiz söyləyib ki, geyim məsələsində zövq önəmli rol oynayır: Geyim problemini həll etmək üçün gənclər seçdikləri geyimləri geyinib özlərinə kənardan baxmağı və düzgün qiymətləndirməyi bacarmalıdırlar.

Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Qurban Omarovun sözlərinə görə, bu cür geyinənlər arasında rayondan və ya kənddən yenicə gələnlər çoxluq təşkil edir: Onlar şəhərdə hamının açıq geyindiyini düşündüyü və onlarla ayaqlaşmaq istədiyi üçün dəbdəbəli geyimlər geyinərək özlərini modern göstərmək istəyirlər. Nəticədə isə həddini aşır və geyimlərində ifratçılığa yol verirlər. Çox vaxt da şəhərdə heç kimin onları tanımayacaqlarından istifadə edib belə geyinirlər. Düşünürəm ki, bu cür davranmaları geyim mədəniyyətimizə xələl gətirir.

21 yaşlı tələbə Kamran Vəliyev dəblə yox, zövqlə geyinməyin tərəfdarıdır. Onun bildirdiyinə görə, dəbə fikir vermədən yaraşanı geyinmək lazımdır: Psixoloqlar hesab edir ki, insanların geyimləri onların daxili keyfiyyətlərindən xəbər verir. Bu, doğrudan da belədir. İnsanın əhval-ruhiyyəsi yaxşı olan zaman, bu, onun geyiminə də təsir edir. Bu zaman rəngarəng, daha səliqəli geyinir. Geyimimizdə diqqətsizlik, səliqəsizlik varsa, demək, həyatımızda nəsə yolunda getmir. Dəb məsələsi isə mənim üçün hər zaman önəmsiz olub. Düşünürəm ki, insana nə yaraşır, onu da geyinməlidir.


Oğlanların bu cür geyiminə gəlincə, müsahibimiz deyir ki, hər şeyin çoxu insana zərərdir: Belə bir məsəl var, çox içəndə su da insana zərərlidirF. Hər kəs istədiyi kimi geyinməkdə sərbəstdir. Kişinin bu cür geyinməsi ciddi qəbahət deyil, lakin normadan artıq olduqda onun imicinə xələl gətirir. Kənardan yaxşı görünmür. Bu gün oğlanlar dar şalvar geyinir, qızlar isə açıq-saçıq geyimə üstünlük verirlər. Kənardan gülməli görünürlər.

Kamran deyib ki, bəzi oğlanların qızlardan fərqli geyinməməsi onda ikrah hissi oyadır: Bir zamanlar şəhərdə qırmızı ayaqqabı və qırmızı kəmər dəbdə idi. Paytaxtda gənc oğlanların əksəriyyəti belə geyinirdilər. Hətta oğlanların belə geyinməsi ictimai qınağa səbəb olmuşdu. Düzdür, dəblə ayaqlaşmaq lazımdır, amma dar şalvar geyinib bədəninin fiqurasını göstərməyi oğlanlara yaraşdırmıram.

Həmsöhbətimiz zənn edir ki, müasirləşmə insanın özünün dəyərlərinə hörmət etməsi deməkdir: Daha sonra iqtisadi, mədəni, texniki inkişaf deməkdir. Müasirləşməni geyimdə tətbiq etməzdən öncə ilk növbədə küçədə, ictimai yerdə öz hərəkətlərinə fikir vermək lazımdır. Çox təəssüf ki, bəzən hər şeyin pis tərəfini qəbul etməyə çalışırıq.

Yazar Aysel Əlizadə qeyd edib ki, geyim şəxsi məsələdir və hər kəsin geyim zövqü fərqlidir: Kiminsə geyim haqqını əlindən almaq olmaz. Yaşlı nəslin hər işə burun soxmağa haqqı yoxdur.

Sosioloq Əhməd Qəşəmoğlunun qənaətincə, bu cür geyimlərə qadağa qoymaq olmaz: Ölkəmiz demokratik bir dövlət imicini formalaşdırır. Yaxşı olar ki, bu sahədə daha çox maarifləndirməyə və daha çox mənəvi inkişafa diqqət verək. Ona görə ki, mənəvi inkişafımız lazımi şəkildə olsa, geyim məsələsi öz-özünə tənzimlənəcək. Gənclərimiz bilməlidirlər ki, abırlı geyinmək onları daha kübar, ağayana və ya xanım-xatun göstərir. Bunu anlasalar, geyimlə bağlı problemlər həll olunacaq.

Bəzi oğlanların bu cür geyimlə sanki yarışdığını deyən Qəşəmoğlu bildirib ki, bunun qarşısını almaq üçün ictimai qınağın olması vacibdir: İnsanlar mənəvi keyfiyyətləri ilə yarışmalıdırlar. Mənəvi amillərin ön planda olması geyim məsələsini də tənzimləyir. Mənəvi məsələlərə diqqət azalanda isə gənclər öz xarici görünüşü, bəzəkləri, malik olduğu maddiyyatı ilə yarışırlar.

Müsahibimiz bəyan edib ki, ölkəmizdə belə qlamur geyimlərin yayılmasının milli-mənəviyyatımızın inkişafına nə dərəcədə kömək etdiyini və ya ziyan vurduğunu aydınlaşdırmaq lazımdır: Məsələn, hər bir gənc cəmiyyətimizin belə geyim tərzinə müsbət münasibət göstərmədiyini və belə geyimin onların karyerasına, ailə qurmasına da mənfi təsir göstərdiyini anlasa, təbii ki, geyimdə mədəniyyəti gözləyəcək. İctimai qınaq da bunun qarşısını alacaq. Çünki bu, neqativ haldır və bu, rəğbətlə qarşılanmır. Müxtəlif aspektlərdən mənəviyyatın aşınmasına da təsir edir.



Digər sosioloq Nəzakət Əhmədovanın fikrincə, Azərbaycana internetin gəlməsi, çanaq antenaları və müxtəlif xarici kanalları nümayiş etdirən şirkətlərin artması milli dəyərlərimizə öz zərbəsini elə ilk zamanlarda vurub. 20 il öncəyə nəzər salsaq görərik ki, gənclərin geyimi dəyərlərimizə uyğun idi. O zamanlar da dəblə ayaqlaşmaq istəyənlər vardı, amma bu həddə yox. Avropaya açılım öz zərbəsini gənclərimizin əxlaqına və geyimlərinə vurur. Artıq qızlarımızın açıq geyinməsi, bəzi kişilərimizin müxtəlif rənglərə üstünlük vermələri, bəzən özlərini qızlara bənzətmələri əxlaqsızlıq deyil, avropalaşmaq kimi qəbul olunur.
Sosioloq hesab edir ki, o ölkələr özünü gələcəkdə qoruya biləcək ki, onun mənəvi, strateji baxımdan potensialı daha çox olacaq: Azərbaycanın da böyük potensialı onun mənəvi dəyərləridir. Təəssüflə qeyd etmək lazımdır ki, mənəvi dəyərlər məhv edilir.
N.Əhmədova diqqətə çatdırıb ki, prosesin qarşısını almaq gecdir. Sadəcə, baş verən dəyişiklikləri oturub izləmək lazımdır: Bizim başqa dövlətlərə inteqrasiyamız çox baha başa gəldi. Hər şeyi, ən əsası da milli dəyərlərimizi itiririk. İnteqrasiya özünü təkcə gənclərin geyimində deyil, telekanallarımızda yayımlanan proqramlarda, ailədaxili davranışlarda də büruzə verir.




Müsahibimizin bildirdiyinə görə, o cür geyinən gənclərə çox diqqət ayırmamaq lazımdır. Diqqət mərkəzində olmaq onları daha da qeyri-adi görünməyə sövq edir: Onların prinsipial yaş dövrüdür. Diqqətdə olmağı sevirlər. Bir müddət öncə emo gənclərimiz vardı. İndi gen şalvar, üstü yazılı, yaxası açıq kofta və başlarına əyri kepka qoymuş gənclər onları əvəz edib. Bu, müəyyən dövr üçündür. Onlar bu yaş həddini keçdikdən sonra ölkəyə lazımlı gənclər olacaqlarına heç şübhəm yoxdur.

N.Əhmədova gənclərin təlim-tərbiyəsi, davranışları və hətta geyimlərində də efirin, telekanalların önəmli rol oynadığını bildirib: Avropalaşmaq kanallarımızda çox vulqar şəkildə təbliğ edilir. Bu da öz növbəsində nəinki gənclərin, hətta yaşlı nəslin belə diqqətindən yayınmır. Görünən odur ki, müasirləşmə, avropalaşma təkcə gənclərin geyimində deyil, hər yerdə özünü qabarıq formada büruzə verir.

Gənc modelyer Arzu Sadıqzadə deyib ki, hazırda ümumiyyətlə, gənclərin geyimi ürəkaçan deyil. Onun qənaətincə, gənclər gündəliyə cah-cəlallı, ziyafət paltarına bənzəyən açıq-saçıq geyimlərdən istifadə edirlər: Gündəlik üçün daha çox bədən üzvlərinin hərəkət etməsi üçün rahatlıq yaradan geyimləri seçməlidirlər. Söhbət gündəlik geyimdən gedirsə, öncə rahatlığa və ekoloji rənglərə üstünlük verməliyik. İnsan nə qədər sərbəst və sakitləşdirici rənglərdən istifadə etsə, gərginlikdən bir o qədər uzaq olar.

Gənc modelyerin sözlərinə görə, indiki halda oğlanlar qızlardan daha dəbli geyinir: Qızlarımıza nisbətən oğlanlar daha çox gözoxşayan rənglərə üstünlük verirlər. Xüsusən də gündəlik geyimlərində seçdikləri stil uğurlu hesab oluna bilər.
Modelyer vurğulayıb ki, istər oğlanlar, istərsə də qızlar son zamanlar narahat geyimlərə üstünlük verirlər: Geyim insanın rahatlığını təmin etməlidir. Bu, sağlamlıq baxımından da önəmlidir. Buna görə də, gənclər gündəlik həyatlarında göstərişli geyimlərdən qaçmalıdırlar.



Ayyət Əhməd