ABŞ-ın IŞİD-ə hava hücumunda 1 nömrəli türk snayperçi də öldü






ABŞ-ın 5 ərəb ölkəsiylə birlikdə təşkil etdiyi IŞİD-ə hava hücumunda Əl Qaidə əlaqəli Əl Nusra təşkilatı da hədəf alındı. 30 hədəfin vurulduğu hücumda Əl Nusranın 1 nömrəli iti nişançısı olaraq bilinən Əbu Yusuf Əl Türkü kod adlı türk vətəndaşının da öldüyü açıqlandı. Əl Nusra qaynaqları, Twitterdə Türk snayperin təşkilatın üst səviyyəli çeçen komandirlərindən Seyfullah Şişhani ilə çəkilmiş fotoşəkilini nəşr etdirdi.