Cahangir Əsgərov 500 min dollarlıq cəriməni ödəyib

Hələlik bəzi məsələlər açıq qalıb



Beynəlxalq Ağır Atletika Federasiyasının cəriməsi ödənilib.
publika.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazir deyib ki, beynəlxalq federasiyanın 500 min dolları ödənilsə də, hələlik bəzi məsələlər açıq qalıb: "Onlarla bağlı müzakirələr aparılır. Beynəlxalq federasiya indiyə qədər nazirliyin suallarına cavab verməyib. Məsələn, "nə üçün idmançının dopinq-testdən keçə bilməməsi bir ildən sonra açıqlanır?”
A.Rəhimov deyib ki, ağır atletika millimiz noyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatına da qatılacaq.
Qeyd edək ki, AZAL prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Ağır Atletika Federasiyasına 500 min dollar cərimə kəsən Beynəlxalq Ağır Atletika Federasiyası 18 atletimizi dopinq qəbul etdiyinə görə cəzalandırıb.