Çexiya prezidenti Azərbaycana gələcək





Çexiya prezidenti Miloş Zeman 2015-ci ildə Azərbaycana səfər edəcək.
APA-nın "The Prague Post”a istinadən xəbərinə görə, bu barədə Prezident Dəftərxanasının nümayəndəsi Xinek Kmoniçek bildirib.
Onun sözlərinə görə, səfərin tarixi hələlik razılaşdırılmayıb: "Amma biz Çexiyaya ikinci böyük neft ixracatçısı olan Azərbaycana səfəri səbirsizliklə gözləyirik”.