Ölümdən döndü...

Dərman qızı bu hala saldı



Avstraliyanın Sidney şəhərinin sakini, 18 yaşlı Danika Heronda epilepsiya tutmaları var. O, üç ay əvvəl yeni satışa çıxarılmış "Laimctal” və "Keppra” dərmanlarını içməyə başlamışdı. Bu preparatları qəbul edəndən az sonra Danikanın bədənində güclü allergik reaksiya müşahidə olunub. Qızın bədəni səpib, az sonra isə səpkilər yanıq yaralarını xatırladan çapıqlara və irinli yaralara çevrilib. Ad günündə dərisinin yaralarla örtülməsinə dözə bilməyən Danika hospitala aparılıb. Həkimlər müayinədən sonra qızda məxmərək, qızılca və suçiçəyi olduğunu deyiblər. Bir qədər keçəndən sonra yeni müayinə aparılıb və bəlli olub ki, Danika əslində Stiven-Conson Sindromu (SJS) ilə toksik epidermal nekrolizə (TENS sindromu) mübtəladır. Danika çox ağır vəziyyətdə olub, iki gün koma durumunda qalıb. İndi onun müalicəsi başa çatıb və Danika Heron normal yaşama qayıdıb. "Dərimdə çapıqlar və quruluq olsa da, bəladan qurtulmağıma sevinirəm. O dərmanlar az qala məni öldürəcəkdi”, - Danika deyib.