"ABŞ-dakı öldürücü qrip virusu Azərbaycanın da qapısını döyə bilər" - Həkimdən SOS
12:29 05.02.2018
Arxiv
1434
"Qrip Amerikadan başlanıbsa və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu haqda raport veribsə, deməli, qripin konkret ştampından söhbət gedir”.
Bu barədə "Sherg.az”a Amerikada qrip xəstəliyindən baş verən kütləvi ölümlərin dünya üçün təhlükəsindən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Həkimin sözlərinə görə, Azərbaycan ərazisində mütəmadi rast gəlinən, əhali arasında qrip adlandırılan xəstəlik əslində soyuqdəymə, kəskin respirator xəstəliklərdir:
"Yuxarı tənəffüs yollarının iltihabı ilə müşayiət olunan bu xəstəliklər iltihabi viruslardır. Amma qrip virusu Azərbaycana da gələ bilər. Bunların qarşısını almaq mümkün deyil. İnsanlar buna yoluxur, virusu ora-bura daşıyırlar. Amma profilaktik, təbliğatı tədbirlər, xəstəliyin yayılmasının qarşısını nisbətən alır. Kütləvi İnformasiya Vasitələri, elektron mətbuatda təbliğat aparılması, əhalinin maarifləndirilməsi əhəmiyyət daşıyır.
ÜSt-ün də bu xəstəliklərlə bağlı müvafiq tövsiyələri olur. Bütün bunlara əməl etməklə xəstəliyin yayılmasının qarşısını almaq olar. Ən problemli məsələ xəstələrin ağırlaşmasıdır. Qripdən ölüm halları, ciddi fəsadların baş verməsi əhalinin əmək qabiliyyətini itirməsinə səbəb olan faktorlardandır”.
Qeyd edək ki, ABŞ-da qripə görə son bir həftə ərzində 16 uşaq həyatını itirib. Bununla da oktyabr ayından indiyə qədər ABŞ-da qripdən ölənlərin sayı 53-ə yüksəlib. Xatırladaq ki, ABŞ-da 2010-cu ildən sonra ilk dəfə qriplə bağlı xəstəxanaya müraciət edənlərin sayında rekord artım qeydə alınıb. ABŞ hökuməti qriplə mübarizə üçün mümkün tədbirləri görsə də, müəyyən məqamlarda vətəndaşların öz sağlamlıqlarının qeydinə qalmaması ölüm hallarının yaşanmasına səbəb olub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya