"Agentliklərin müsbət hesabatları Azərbaycanın inkişafını göstərir” - Açıqlama
09:52 02.11.2018
Arxiv
657
Azərbaycan Dünya Bankının "Doing Business" reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Belə ki, ölkəmiz "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Azərbaycan 2017-2018-ci illərdə biznesin həyata keçirilməsi prosesinin sadələşdirilməsinə yönəlmiş rekord sayda islahatlar keçirib. Bu islahatlardan bəziləri institusional dəyişiklikləri ehtiva edir. Azərbaycan tikinti icazəsinin verilməsi üçün "bir pəncərə” sistemini yaradıb ki, bunun sayəsində icazənin alınma müddəti 80 günədək azalıb. Bundan başqa, ilk kredit bürosu yaradılmaqla kreditlərin alınması sadələşdirilib. Bundan başqa, hesabatda bildirilir ki, Azərbaycanda "ASAN Kommunal” mərkəzləri sayəsində elektrik şəbəkələrinə qoşulma prosesi asanlaşdırılıb. Qeyd edək ki, "Doing Business-2018" reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.
Hesabata mübasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov "Sherg.az”a söyləyib ki, dünyanın ən məhşur biznes agentliyi olan "Doing Business”in reytinq cədvəlində Azərbaycanın 25-ci yerdə qərarlaşması sevindirici haldır:
" "Doing Business 2019” reytinq cədvəlində Azərbaycanın 25-ci olmaqla MDB ölkələri içərisində ən yaxşı yerdədir. Həmin hesabatda Qazaxıstan 28-ci, Rusiya 31-ci, Belarus 37-ci, Ermənistan 41-ci, Moldova 47-ci, Qırğızıstan 70-ci, Ukrayna 71-ci, Ökbəkistan 76-cı yerdədirlər.
Aydın şəkildə görürük ki, Azərbaycan MDB ölkələri içərisində ən yaxşı nəticə qazanıb. Eyni zamanda Azərbaycan 2017-2018-ci illərdə ən çox islahat aparmış 10 ölkədən biridir.
O cümlədən ölkəmiz aparılan islahatların sayına görə, sözügedən dövrdə dünyada birincidir. Azərbaycan 8 islahat aparıb. Ölkəmizdən sonra ikinci yeri tutan Türkiyə yeddi islahat aparıb. Azərbaycanın mövqeyinin güclənməsi qeyd etdiyimiz 8 islahatla bağlıdır.
Onu da əlavə edim ki, Azərbaycan biznesə başlamağa görə, dünyada 9-cu yeri tutmaqla ilk onluğa daxildir. Ümumiyyətlə, son zamanlar beynəlxalq reytinq agrntliklərinin ölkəmiz haqqında müsbət hesabatlar verməsi sevindiricidir. Bu kimi məlumatlar Azərbaycanın inkişaf etdiyi göstərir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya