“Azərbaycan niyə erməniyə sığınacaq verməlidir?”

Elman Məmmədov: “Mən birmənalı olaraq bu fikirlərin əleyhinəyəm”



"İctimaiyyətlə əlaqələrin inkişafına yardım” Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri Şəlalə Həsənovanın məlumatına görə, rəsmi Bakı Ukraynada müharibə bölgəsində əziyyət çəkən və əslən Azərbaycandan olan ermənilərə sığınacaq verə bilər. Bizim millət ksenofobiya xəstəliyinə tutulmayıb və o cümlədən ermənilərə qarşı da belə hissi olmadığını vurğulayan QHT rəhbərinin sözlərinə görə, buna sübut olaraq, bu gün bizim ölkədə çox sayda erməni yaşayır və onlar bizim cəmiyyətin bir hissəsidir.

Bizim xalqın onlara heç bir nifrəti yoxdur, çünki onlar dinc vətəndaşlardır. Həmçinin Azərbaycanın tolerant ölkə olduğunu deyən Ş.Həsənova hesab edir ki, biz əvvəllər Azərbaycanda yaşamış ermənilərin müraciətlərinə açıq olmalıyıq. Onun fikrincə, Azərbaycan tərəfi heç kimi dəvət etməli deyil, amma əgər insanların özləri bunu istəyirsə, ölkə bu cür müraciətlər üçün açıq olmalıdır.

Millət vəkili Elman Məmmədov isə bildirib ki, əslən Azərbaycandan olduqları və öz vətəndaşlıqlarını qoruduqları halda Ukraynadakı ermənilərə sığınacaq vermək olar. Amma bu işin bir "əmması” var: "Bir dövlət olaraq öz humanistliyimizi göstərə bilərik. Ancaq kimə qarşı və hansı şərtlər daxilində? Ukraynada müharibədən əziyyət çəkən və əslən Azərbaycandan olan o erməniyə Azərbaycanda sığınacaq verilə bilər ki, onlar həqiqətən də Azərbaycandan gediblər və indiyə qədər Azərbaycan vətəndaşlığını qoruyub saxlayıblar. Həmçinin onlara ölkəmizdə sığınacaq verildiyi halda ölkəmizin qanunlarına əməl etdiklərinə əmin olsaq, Azərbaycan da özünün dövlət siyasətinə uyğun olaraq məqsədəuyğun hesab etsə, bu addımı ata bilər. Ancaq bir şeyi unutmayaq, o ermənidirsə, Azərbaycan qanunlarına əməl edəcəyinə dair dilindən yazılı kağız da alsaq, öz erməniliyini göstərəcək. O millətin qanında, xislətində elə bir şey var ki, onlara etibar etmək və yenidən Azərbaycana buraxmaq olmaz. Kim bizə zəmanət verə bilər ki, ermənilər gəlib, Bakıda yerlərini isitdikdən sonra yenidən öz murdar niyyətlərini həyata keçirməyə çalışmayacaqlar? Əgər ermənilər Ukraynada müharibə bölgəsindən əziyyət çəkirlərsə, onların Ermənistan deyilən bir vətənləri var, qayıtsınlar ora. Azərbaycan niyə erməniyə sığınacaq verməlidir? Mən birmənalı olaraq bu fikirlərin əleyhinəyəm”.

Millət vəkilinin sözlərinə görə, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, damarlarında erməni qanı axan bir kəs istənilən halda öz xislətini göstərəcək: "Tarix bunu sübut edib ki, ermənilərə etibar etmək sadəlövhlükdür. Nə qədər ki, onlar zəifdir, imkansızdır, sənin qulundur. Elə ki ermənilər imkan tapdılar, güc qazandılar, əllərindəki bıçağı saplayacağı ilk kürək səninki olacaq. Bu, erməni xislətidir. Hansı ki, tarix və tarixçilər bunu dəfələrlə sübuta yetirib”.

Şəymən