"Bu qalıqların Müşfiqə məxsus olduğu sübuta yetirilsə..." - Açıqlama
12:21 05.11.2018
Arxiv
1447
"Möhtərəm presidentin Mikayıl Müşfiqin xatirəsi, məzarı ilə bağlı verdiyi bu qərar dövlətimizin ədəbiyyata, mədəniyyətə və söz adamlarına verdiyi yüksək diqqətin və ehtiramın ifadəsi kimi qiymətləndirilməli və alqışlanmalıdır”.
Bu sözləri "Sherg.az”a açıqlamasında tənqidçi Əsəd Cahangir deyib. Onun sözlərinə görə, bu qərar Heydər Əliyev tərəfindən əsası qoyulan mədəni siyasətin məntiqi davamıdır. Məhz Heydər Əliyevin müdrik siyasəti sayəsində Hüseyn Cavidin nəşi 1982-ci ildə uzaq Sibirdən Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında tapşırılıb, elə orada da məqbərəsi ucaldılıb.
Əsəd müəllimin fikrincə, vaxtı ilə haqsız yerə ittiham olunan adamlar tarixin və tanrının hökmü ilə layiqli qiymətlərini alırlar. Ona görə də mən ölkə başçısının bu adımmını təqdirəlayiq hesab edirəm. Bu qərar repressiya olunmuş qələm adamlarına olan diqqət və qayğının göstəricisidir.
Mikayıl Müşfiq ədəbiyyatımızın ədəbi gənclik, günahsızlıq, işıq, poeziya simvoludur. Müşfiqin xatirəsinə göstərilən diqqət və qayğı sadəcə dünyadan nakam getmiş bir gənc şairə yox, Azərbaycan ədəbiyyatına olan diqqətin ifadəsidir.
Müşfiqə aid olduğu iddia edilən qalıqların həqiqətən ona məxsus olub- olmadığına gəldikdə isə tənqidçi deyib ki, bu məsələ barədə ancaq Prezidentin tapşırığı ilə yaradılan İşçi qrupunun ekspertlərinin həmin qalıqların üzərində aparılan labarator əməliyyatlar və DNT nəticəsindən sonra danışmaq olar. Bu qalıqların Müşfiqə məxsus olduğu sübuta yetirilsə, çox gözəl. Əks ehtimalla da barışmaq lazımdır.
Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətini cəlb edib. Cənab Prezident məsələni şəxsi nəzarətinə götürüb. Dövlət başçısı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya