Buna ürək dayanmaz: Cütlük əkiz körpələriylə qəzada öldü

Türkiyənin Burdur əyalətinin Gölhisar qəsəbəsində avtomobilin suvarma kanalına uçduğu qəzada 38 yaşlı Süleyman Azad Mut, həyat yoldaşı 37 yaşlı Nurbanu Mut və 1 yaşındakı əkiz körpələri Elif və Uras Mut həyatını itirib.
Baytar həkim olaraq vəzifə yerinə yetirən Süleyman Azad Mutun istifadə etdiyi 32 FV 744 nömrəli avtomobil, gecə yarısı Gölhisar yaxınlığında nəzarətdən çıxaraq sularma kanalına ucdu. Qəzada Süleyman Azad Mut ilə eyni avtomobildə olan ibtidai məktəbdə sinif müəlliməsi kimi çalışan həyat yoldaşı Nurbanu Mut, 1 yaşındakı əkiz körpələri Elif və Uras hadisə yerində həyatını itirdi. Mut cütlüyünün məmləkətləri Ispartanın Atabəy qəsəbəsindən Gölhisara döndükləri zaman qazanın baş verdiyi ifadə edildi.