Dünyanı şoka saldı

Möcüzə! Belə dünya gəldi
ABŞ-ın Los Anjeles şəhərində Cedars-Sinai xəstəxanasının həkimləri maraqlı bir doğum reallaşdırdı. Silas Philips adlı körpə ana qarınındakı şəffaf bir torbanı xatırladan qoruyucu təbəqənin içində dünyaya gəldi.
Silas Philips adı verilən oğlan uşağı 3 ay erkən dünyaya gəlib. Ancaq əsl çaşdırıcı məqam olan körpənin hərəkətsiz olaraq incə bir pərdə təbəqənin içində doğulmasıdı. Normal şərtlərdə ananın doğum əvvəli suyu gəldikdən sonra cırılması lazım olan bu təbəqə cırılmayınca Silasın dünyaya gəlişi çox fərqli oldu. Olduqca nadir olaraq yaşanan bu hadisə, dünyada 80 min doğumda bir dəfə görülə bilən bir vəziyyətdir. Körpənin sağlam bir şəkildə dünyaya gəlməsi isə həkimlər üçün tam bir möcüzədir. Körpə pərdə cırılmadıqca plesantadan oksigen ala bilir. Bu da möcüzəni gerçək edir. Silas dünyaya gəldiyində şəffaf təbəqənin içində əlləri ayaqları açıqca görülə bilirdi. Dünyanı çaşdıran o doğum bu kadrlarla göstərildi.