Ekspert orta məktəbləri kolxoz,sovxozlara müqayisə etdi

Nabatəli Qulamoğlu: "Bu “ştat müharibəsi” sovet dövründən sovxozlarda kök salmışdı "

"Dəfələrlə yazılarımda orta məktəbləri kolxoz, sovxozlara müqayisə etmişəm. Yəni orta məktəblərimiz kolxoz-sovxozlara bənzəyir”.

Bunu Sherg.az-a məktəblərdə qanunsuz ştatların aşkarlanmasına münasibət bildirərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

O bildirib ki, sovxozlar ləğv olunandan sonra isə ümumtəhsil müəssisələrində "ştat müharibəsi” davam edir:

"Çünki əvvəllər bütün sovxozların maliyyə xərcləri dövlətin üzərində olduğu üçün yadımdadır ki, bizim kənddəki sovxozda 26 ştat var idi. Bu 26 nəfər havayı pul alırdı. Əslində heç o pulun hamısını da almırdılar. Bunları direktorla yarıya bölürdülər. Bu "ştat müharibəsi” hələ sovet dövründən qalmadır. Və sovxozlarda kök salmışdı. İndi isə məktəblərdə davam edir. Liberal maliyyədir, onlar maliyyə şöbəsi ilə danışırlar, "hörmət edirlər”, ya da başqa yollarla, qohumbazlıqla ələ alırlar və beləliklə, ştatları buraxırlar. Bundan sonra artıq ştatlar ödənilir. Əslində qanun icazə vermir ki, yarım ştatla kimisə işdə saxlasınlar. Mənə elə gəlir, bu məsələdə dövlətin o qədər ziyanı yoxdur. Çünki burada ümumi nəticə var, onun keçilib - keçilməməyi açıqlanmayıb. Bütün hallarda yarım ştata işçinin götürülməsi qanuna ziddir. Güman edirəm ki, bununla bağlı direktorlar, məktəblərin maliyyə şöbəsi ciddi nəzarət həyata keçirəcək”.

Ayyət Əhməd