Əminə Dilbazinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM


Prezident İlham Əliyev Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqındasərəncam imzalayıb.

"Sherg.az" AZƏRTAC-a istinadənxəbər verir ki, sərəncama əsasən, Mədəniyyət Nazirliyi Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.