"Ermənilər bizim vacib şərtimizə əməl etmədilər”
11:35 25.02.2015
Arxiv
588
Çavuşoğlu Bakıda Qarabağla bağlı açıqlamalar verdi
"Xocalıda qətlə yetirilən qardaş və bacılarımıza rəhmət diləyir, ağrı-acılarınızı anlayırıq. Xocalı qətliamını törədənləri lənətləyirik”.
Bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Türkiyəli nazir sabah prezident İlham Əliyevlə birlikdə Xocalı abidəsini ziyarət edəcəyini deyib.
Nazir Ermənilərin sərhədlərin açılması ilə bağlı protokolları parlamentdən geri çəkməsinin Türkiyə üçün bir mənası olmadığını deyib. O bildirib ki, ermənilər protokolların içərisini boşaldıb və sənəddən bir çox məsələni çıxarıblar.
"Onlar səmimiyyət imtahanından keçə bilmədilər. Bizim vacib bir şərtimizi var idi ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməlidir. Onlar bizim vacib şərtimizə əməl etmədilər”.
M.Çavuşoğlu həmçinin Çanakkalada zəfər bayramı ilə bağlı da danışıb. O bildirib ki, dəvət edilən bütün ölkə başçıları və baş nazirlər tədbirdə iştirak edəcək: "Bu Çanakkala zəfəri ilə əlaqəli olan bütün ölkələri də dəvət etdik. Bu ölkələr arasında Ermənistan da var”.
Nazir həmçinin Ermənistanın regiondakı hazırki vəziyyətinə də toxunub: "Biz istəyirik ki, Ermənistanda Qafqazda həyata keçirilən böyük layihələrə qatılsın və regional məslələrdə müzakirələrdə iştirak etsin. Ancaq bunun üçün Ermənistan səmimi olmalıdır və Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etməlidir. Ermənistan xətalarından dönərsə, Azərbaycanın işğal etdiyi torpaqlardan çıxarsa, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa, Cənubi Qafqaz bütünlükdə sülh və təhlükəsizlik məkanına çevrilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya