Fərhad Ağazadənin “Mətbuatın tarixi” əsəri...
Akif Aşırlı
(Əvvəli ötən sayımızda)
Azərbaycan mətbuatı
Dünyanın ən cavan mətbuatıdır. Bunun başlanğıcı 45 il bundan irəli "Əkinçi” qəzetəsi meydana gəlmişdir. O vəqtlərdə Qafqaziyədə və tamam Rusiyəd türkcəni andıran heç bir əsərə təsadüf ediləməzdi. Hökumət məktəbində müəllim vəzifəsi daşıyan məşhur Həsən bəy Məlikzadə məktəbə müsəlman şagirdlərini toplamaq üçün bir çox vəsilələr müraciət etdi. Məsələ: Cəmiyyəti- xeyriyyə yaratdı, teatro düzəltdi, çalışdı. Müsəlmanların məktəbə rəğbətini qazanmadı. Axırda anladı ki, cəhalətin dəfinə ancaq ana dilində bir qəzetə bais ola bilər. Bu barədə mərhum Həsən bəy "Həyat” qəzetəsində böylə yazır: " Bizim Cəmiyyəti - Xeyriyyə bina tutmadığından, teatro oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəblər açdırıb küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu dünyada dolanmaq mümkün degil. Ələlxüsus bizim buradakı qonşularımız elm təhsil edib, günü-gündən irəli keçib bizim əliimzidə olan mülk- malımıza sahib olurlar. Və bir azdan sonra biz onlara rəncbərlik edib onların malların daşımaqdan ötrü kirəkeşlik edəcəyik. Böylə də nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm eşitməyir. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa qeyri- bir əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər böyük daş qoysan bir neçə ildən sonra o su tökulməkdən o bərk daş mürurilə əriyib deşilir. Ha belə söz də ələlxüsus doğru söz mürurilə qanmazın başını deşib onun beyninə əsər edər... belədə qəzetə çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üzərinə yazılmış doğru sözlər qapı pəncərələrdən imam mənzilinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə 10 qəzetə oxu yandan birisi oxduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o sədd ki, suyun qabağını kəsmişdir və suyu axmağa qoymurdu rəxnə tapar və su mürur ilə uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar”.
50 il bundan əqdəm qəzetə çıxarmaq çox çətin məsələ idi. Çünki yazıçı, çapxanə, hürufat, əmələ, qəzetə oxuyan və ələlxüsus pul və bunlar kimi bir çox mayəhtaç (ehtiyaclar) mümkün deyil idi. Hökumətdən izn almaq da müşkül bir əmr idi. Bu izni hasil etək üçün Həsən bəy 4 il çalışdı. O vəqtlər Bakı qubernatoru general Storoselski adlı bir rus idi. Bunun arvadı gürc qızı olduğundan Qafqaz əhlini çox dost tuturdu. Bu xanımın təsiri ilə qubernator türk qəzetəsinə özünün nəzarəti və sonsorluğu şərti ilə hökumətdən izn hasil edə bildi. Onun üçün də qəzetənin adını "Əkinçi” qoydular ki, guya yalınz zirayətdən bəhs edib, siyasətdən qaçacaqdır. Müsəlman hürufatını alayarımçıq düzən Minasov adlı bir erməni də söz verdi ki, nə qədər hürufat bizə lazım olsa, öyrədib qəzetədə işlədər. Rusiyada yaxşı müsəlman hürufatı olmadığına görə, Həsən bəy İstanbula gedib oradan 5-10 put hürufat alıb gətirmişdir. Məskur qubernator öz gürcü arvadı ilə "Əkinçi”nin çıxmağına çox kömək edirdi. İstanbul hürufatını hökumət mətbəəsi üçün satın alıb, həmən mətbəədə də qəzetənin təbinə izn verdi. Hətta yüzbaşılarına hökm yazmışdı ki, onlar "Əkinçi” qəzetəsini aparıb camaat arasında intişaq etsinlər. Həsən bəyin əvvəlinci köməkçiləri onun gimnaziya şagirdləri idi ki, onlar qəzetə vasitəsilə yazıb- oxumağı öyrənmişdilər. Qəzetənin hər nörəsi çıxan günü onlar üçün bir böyük bayram olurdu. Onlar qəzetəyə məqalə yazmaqdan əlavə, qəzetəni camaata müftə paylamağa, postaya verməyə də kömək edirdilər. Həsən bəy isə həm məqalə yazır, həm hürufat düzür, həm də çap edir, həm də camaata paylayırdı. Bu qədər zəhmətlərin öhdəsindən gələ bilən Həsən bəy "Əkinçi”nin 3-cü nömrəsində belə yazır: "Bizim zəhmətimiz həddən çıxıb, bir mətləbi özümüz yazıb, ağardıb çapxanaya verməklə zəhmətdən xilas olsaydıq, çox xoşbəxt olardıq. Amma iş böylə düşübdür ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzetəni 5-10 adam inşa edir. Onu çap eləyən hürufatı düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısın gərək mən özüm görəm. Hətta bizim müsəlman şəhərində (Baküdə) bir savadlı olan müsəlman yoxdur ki, qəzetəyə baxıb onun qələtini düzəltsin, ya hürufunu düzsün. Hərgah bu zəhmətlərdən artıq zəhmət olsa idi, yenə bir tür yola gedərdik. Amma dərd budur bizim öylə zəhmətimiz var ki, qeyri- qəzetəçilərin onlardan heç xəbərləri yoxdur. Əvvəla bu hürufat İstanbuldan alınıbdır. Çünki bizim dildə bəzi hərflər artıq işlənir. Ona bina o hərflər qəzetəmizə çatışmır. Bu səbəbə bir mətləbi yazan vəqtdə nəinki əvvəl mətləbin məzmununu və qeyri əhavalatları yoxlayırıq, hətta məskur hərflər az işlənilsin deyə bəzi sözləri götürüb, əvəzinə başqa sözlər yazırıq. Əlbəttə böylə olan surətdə mətləb biz istədiyimiz kimi vazeh olmur.
Saniyən, bizim məxsus çapxanamız yoxdur. Qezetəmiz qubernatorskiy pravlenyanın çapxanqasında basılır. Əlbəttə, özgələr bizim işə özümüz kimi can yandırmır. Və bu barədə olan qüsurlar bizim təqsirimiz deyil. Bu qəzetənin qüsurunu görənlər, bizə gülürlər. Lakin gülmək yeri degil, ağlamaq yeridir ki, bizim müsəlmanların bircə qəzetəni basdırmağa adamı yoxdur”.
Qəzetənin sənəlik qiyməti 3 manat olmuşdur. Bununla belə pul verib qəzetə oxuyanların ədədi məhdud olduğundan hər nüsxədən 400-500-ü Bakıda və.s şəhərlərə müftə paylanılırmış ki, qəzetə oxumağa camaatın rəğbəti artısn. Elanların hər kəlməsinə 2 qəpik alınarmış. Fəqət birinci nömrənin axırındakı 4 elandan başqalarına sair nömrələrdə təsadüf edilməz. Bu 4 elan da Nanonsov, Krasilnikov və Bastyon adlı ermənilər tərəfindən verilmişdir. Qəzetənn bir çox nömrələrində "Elmi - əbədan” ın şəriətcə caiz olub olmadığına dair bəzi məqalələrə yol verildiyi üçün Həsən bəy bir çox mütəəssib şəxslərin əzan- cümlə şairlərin qəzəbinə giriftar olmuşdur. Məsələn: o vaxtın şairlərindən Hadi Əlmüsəllim adlı birisi Həsən bəyə həcv yazmışdır. Tamamən föhş (söyüş) və ədəbdən kənar sözlərdən ibarətmiş. Bunun barəsində mərhum belə yazır: "Cənab Hadi Əlmüsəllim Qarabağinin həcvini onların xahişinə görə, tamam çap etməyə izn olmadı. Ona bina onların cəzim (hədyan), cəşim (qeyri- hədyan) sözləri qaldı. Amma ol cənab və onu fitləyən şəxslər məyus olmasınlar ki, böylə kamallı söz pünhan qalacaqdır. Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın sərhəddində bir daş qoydurub onun üstünə zikr olan həcvi tamam qazıdım ki, gələcəkdə bizim övlad o yadigara baxıb bilsinlər ki, mən bu zəhmətlə milləti- islamı qəflətdən ayıltmaq istəyən vaxtı da necə nadanlara rast gəlmişəm”.
"Əkinçi”nin dili pozuq olsa da, dedikcə sadə Qafqaz türkcəsidir. Fəqət, əvvəlinci nömrədə fars ermənilərindən Xaçatur Qorxmazovun bir məqaləsi dərc edilmişdir ki, məqalənin bir məna məzmun ilə bərabər şivəsinin də düzgünlüyü bu günkü dil maraqlılarının diqqətini cəlb etməyə bilməz. Məqalənin axırında əfəndi müsəlmanlarına sual edir ki: - Məgər bir kişi elm ilə ədəbi, tərbiyə ilə mədəniyyəti bərtərəf edib pul qazanmağını ondanq daha yaxşı tutur isə o kişidən millətpərvərlik məmul olurmu?
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb