Gəncləri yalnız bədii ədəbiyyata yönləndirmək düzgün siyasət deyil
08:09 07.03.2019
Arxiv
572
Təbiət elmlərinin, texnika və iqtisadiyyatın populyarlaşdırılması da gündəmdə olmalıdır
Təhsil naziri Ceyhun Bayramov "Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi "Oxu günü” tədbiri keçiriləcək.
Əmrdə aprel ayını kitabın, mütaliənin təşviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək tövsiyə olunur. Bununla əlaqədar "Oxu günü” çərçivəsində tədbirlərə aprelin əvvəlindən başlamaq və bu tədbirləri aprelin 23-də keçiriləcək "Oxu günü” ilə yekunlaşdırmaq daha məqsədəuyğun hesab edilir.
Təhsil eksperti Etibar Əliyevin fikrincə, bu layihənin həyata keçirilməsi üçün kitab dünyası daim yenilənməlidir. Humanitar istiqamətdə ədəbiyyatların çapında müəyyən irəliləyiş olduğunu vurğulayan E.Əliyev deyib ki, təbiət elmləri sahəsində yeni ədəbiyyatların yazılması və çapında durğunluq hökm sürür:
"Dünyanın inkişaf etmiş ölkələrində bu iş paralel aparılır. Yaşlı və orta nəsil kitab oxumur. Ümid gənclərədir. Onları isə yalnız bədii ədəbiyyata yönləndirmək düzgün siyasət deyil. Təbiət elmlərinin, texnika və iqtisadiyyatın populyarlaşdırılması istiqamətində Qərb və Amerika alimlərinin minlərlə əsərləri çap olunub. Bu əsərlərin tərcümə olunması və təbliği olduqca vacibdir. Bədii ədəbiyyat oxumaq yaxşı haldır. Ancaq təfəkkürün hərtərəfli inkişafını təmin etmir.
Riyaziyyatçı, kimyaçı, fizik şeir yazmamalıdır. Öz sahələrində elmi-populyar kitablar yazsalar, ölkəyə daha böyük xeyir verə bilər. Gözlərini açıb dünya alimlərinə baxsalar, bunun yüzlərlə nümunəsinin şahidi olarlar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media