Amma nə ailədə, nə də məktəbdə buna reaksiya verilmir, araşdırma aparılmır
Hesabatdakı rəqəmlər reallıqdır
16:11 27.01.2018
Arxiv
475
Bəzi uşaqlar məktəbdəki problemlər üzündən təhsildən yayınır
Amma nə ailədə, nə də məktəbdə buna reaksiya verilmir, araşdırma aparılmır
Amma nə ailədə, nə də məktəbdə buna reaksiya verilmir, araşdırma aparılmır
Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2017-ci il üçün açıqladığı hesabatında maraqlı faktlar əksini tapıb. Təqdim edilən hesabata görə, ötən il ərzində ümumilikdə 3424 müraciət daxil olub. Təsnifatdan görünür ki, müraciətlər daha çox təhsil problemləri ilə bağlıdır.
Təhsil məsələləri ilə bağlı 1958 müraciət edilib. Sonrakı say çoxluğu isə psixoloji - 467, 530 sosial, 283 hüquqi, 18 isə səhiyyə sahələri ilə bağlıdır. Müraciətlər arasında şəxsiyyətlərarası münaqişələrdən əziyyət çəkənlər də çoxluq təşkil edib.
Niyə təhsillə bağlı müraciətlər daha çoxdur?
Məsələyə münasibət bildirən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva "Şərq”ə açıqlamasında hesabatda əksini tapan rəqəmlərin real olduğunu dedi:
- Uşaq Qaynar Xətt Xidməti vacibdir, önəmlidir. Bununla uşaqların ən çox hansı problemlərlə üzləşdiklərini müəyyən etmək mümkündür. Düşünürəm ki, təhsillə bağlı müraciətlər əsasən təhsildən yayınma hallarını əhatə edir. Bizim təşkilatın da "Qaynar Xətt”i var və biz görürük ki, müraciət edənlərin 95 faizi məhz təhsildən yayınan, ya da ümumiyyətlə heç vaxt təhsil almamış uşaqlardır. Belə uşaqlar da adətən həssas qruplara aid edilir. Həssas qruplar isə münaqişəli ailələrin uşaqlarını əhatə edir. Hansı ailədə ki, valideynlərdən biri yoxdur, yaxud ikinci evlilik dövrüdür, o ailələrdə uşaqlar diqqətdən kənarda qalır, məktəbə getmir, təhsildən yayınır, uşağın məktəbə gedib-getməməsi ilə maraqlanan olmur. Tutalım, uşağın məktəbdə hansısa problemi yaranıb, amma valideyni buna diqqət göstərmir, uşaqla maraqlanmır. Başda kiçik, bəlkə də əhəmiyyətsiz görünən məsələ getdikcə böyüyür və problem halını alır. Bir çox uşaq məktəbdə yaranan problemlər səbəbindən təhsildən yayınır. Amma nə ailədə, nə də məktəbdə rəhbərlik və ya müəllim tərəfindən buna reaksiya verilmir, araşdırma aparılmır. Uşaq diqqətsiz qalır. Elə uşaqlar var, zəng edib deyirlər ki, məktəbə getmək, oxumaq istəyirlər, amma ata-anaları bu imkanı yaratmır.
Şəxsiyyətlərarası münaqişələrdən əziyyət çəkənlər arasında da yeniyetmələr çox olur. Yeniyetməlik dövründə uşaqların biri-biriylə ünsiyyət problemi də yarana bilər. Məlumdur ki, bu yaşda uşaqlar çox həssas olur, həyat, sevgi haqqında yeni-yeni bilgi almağa başlayırlar. Belə həssas dönəmdə ailənin uşağa dəstəyi hədsiz önəmlidir. Həmçinin məktəbdə müəllimlər də yeniyetməlik yaşında olan şagirdlərə xüsusi qayğı ilə, həssas yanaşmalıdırlar. Yeniyetməlik dövründə uşaq qarşı tərəfdən gələn danlaqları çox ağrılı qəbul edir. Sinif yoldaşlarının, dostlarının yanında özünü başıaşağı, sınmış hesab edir. Uşaqlarda psixoloji pozğunluqların belə hallarda yaranması gözləniləndir. Ona görə də biz məktəblərdə psixoloqların işləməsini vacib sayırıq.
K.Ağayeva Uşaq Qaynar Xətt Xidmətinin əlçatan olmasını, lakin bu barədə məlumatlandırmanın zəif aparıldığını bildirdi:
- "Qaynar xətt”ə zəng etmək çətin deyil, bunu əlçatan ediblər. Lakin problem Qaynar Xətt Xidməti haqqında məlumatlandırmanın yetərli olmamasındadır. Qaynar Xətt Xidməti çətin vəziyyətdə olan uşaqlara ilkin yardım göstərilməsi üçündür. Uşağın hansı problemdən əziyyət çəkdiyi müəyyənləşir və həmin istiqamət üzrə yönləndirilir. Amma gəlin görək, neçə faiz uşaq Qaynar Xətt Xidməti barədə məlumatlıdır? Məlumatlandırmanın əhatə dairəsinin genişləndirilməsi zəruridir. Bu barədə təkcə metro vaqonlarında, hansı idarə və təşkilatlarda deyil, daha çox yerdə məlumatlar verilməlidir. Reklam lövhələri şəhərin ən müxtəlif istiqamətlərində vurulmalıdır. Televiziyada elanların, reklam çarxlarının yayım müddəti artırılmalıdır. Daha çox da küçələrdə, parklarda, harda ki, uşaqlar bu məlumatla sərbəst tanış ola bilər, orada lövhələrə vurulmalıdır. Həqiqətən də bəzən uşaqlar çıxılmaz vəziyyətə düşür və hara, kimə müraciət edəcəklərini bilmirlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm