İcra başçısı qadın jurnalistə qarşı hərəkətindən danışdı: "O, balaca boyu ilə hücum edirdi”
Yusif Nəzərli
09:22 13.04.2017
Arxiv
397
"Həmin jurnalist mənə imkan vermirdi ki, camaatla danışım. Belə olmaz! Bizim bəzi müxbirlər etik qaydaları kobud şəkildə pozur. Deyirlər ki, mən müxbirəm, mənə mütləq cavab verməlisən""Əli ilə kameramı necə itələdisə, aparat üzümə sillə kimi dəydi”
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ötən gün Hacı Cavad məscidi ərazisində ona sual verən jurnalistə əl qaldırması məsələsinə münasibət bildirib.
İcra başçısı "Ölkə.Az”-a açıqlamasında jurnalisti döymədiyini və bu barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib:
"Həmin vaxtı mən yol gedirdim, rəhbərliyin göndərdiyi ismarışı bunlara demək üçün özümlə 5 nəfər icma üzvlərini də aparırdım. Həmin vaxtı bir jurnalist fotoaparatı ağzıma dirəmişdi ki, bu dəqiqə mənə müsahibə ver. Mən də ona bir neçə dəfə dedim ki, ay xanım, çəkil kənara, imkan ver bunları aparım. Hətta, jurnalistə dedim ki, məscid nə indi, nə də sabah sökülməyəcək. İcazə verin, rəhbərliyin tapşırıqlarını yerinə yetirim, sonra sizə də müsahibə verərəm. Elə də oldu. Ancaq həmin jurnalist təkid edirdi ki, bütün məsələləri saxlayıb ona müsahibə verim. Axı belə olmaz! Hər bir insanın şəxsiyyəti var.
Olmaz da, adamı bu qədər boğaza dirəmək. Mənim yerimdə başqaları olsaydı, onlar da eyni cavabı verərdi. Mən o jurnalistə nə deməli idim? Normal dillə dedim ki, xanımsan da, çəkil kənara, icazə ver bu adamlarla danışıq aparım, məsələyə aydınlıq gətirim. Görürdü ki, o insanlar narahatdırlar, məsələyə aydınlıq gətirilməsini istəyirdilər.
Ancaq həmin jurnalist mənə imkan vermirdi ki, camaatla danışım. Belə olmaz! Bizim bəzi müxbirlər etik qaydaları kobud şəkildə pozur. Deyirlər ki, mən müxbirəm, mənə mütləq cavab verməlisən və sairə. Bu doğru deyil. Dünən məscidin önündə olan bütün jurnalistlərin suallarını normal şəkildə cavablandırdım. Ancaq bir o qız jurnalist bizi başa düşmək istəmirdi, öz bildiyini etməyə çalışırdı, balaca boyu ilə adama hücum edirdi”.
İ.Mehdiyev bütün jurnalistlərə açıq adam olduğunu vurğulayıb:
"Mən bütün jurnalistlərə açıq adamam, mətbuatla hər zaman dostluq etmişəm, onların bütün suallarını cavab verirəm. Orada da ən azı 10 jurnalist var idi, onların hamısına cavab verdim, hər biri də razı qaldı. Ancaq mətbuat da qarşısında olan insanı saymayanda, ona hörmət etməyəndə, yaxşı olmur. Axı biz də insanıq, şəxsiyyətimiz var, özümüzə hörmət edən adamlarıq. Belə olmaz axı! Mən jurnalistə qarşı necə hörmət edirəmsə, o da mənə qarşı eyni münasibəti göstərməlidir”.
Big.az məsələ ilə bağlı F.Novruzovanın mövqeyini öyrənib. Jurnalist prokurorluğa müraciət edəcək.
"Mən işlədiyim bu 8 ildə heç vaxt öndə olmağa can atmamışam, bundan hər zaman qaçmışam. Çalışıram ki, həmişə özümü deyil, çəkdiklərimi insanlara göstərim... Heç vaxt bu işdə nələrdənsə, kimlərdənsə qorxmamışam, bunu ağlıma da gətirməmişəm. Çünki haqlı olduğumu bildiyimdən, bu mənə cəsarət verib. O adamın da etdikləri belə qalmayacaq, məhkəməyə və prokurorluğa şikayət edəcəyəm. Bu məsələnin sonuna qədər gedəcəyəm. Olanlar göz qabağındadır, çəkiblər. Mən kameramı qaldırıb çəkirdim, bir tərəfdən də sual verirdim. Əli ilə kameramı necə itələdisə, aparat üzümə sillə kimi dəydi”.
Qeyd edək ki, hadisə icra başçısının "Sovetski”də tarixi "Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı əraziyə gəlişi zamanı olub. Fərqanə Novruzova adlı jurnalist hadisə yerinə gələn İ. Mehdiyevdən açıqlama almaq istəyib. Lakin başçı ona kobud şəkildə "açıqlama vermirəm” deyərək, getməyə başlayıb. Xanım jurnalist açıqlama almaq üçün İ.Mehdiyevin arxasında gedib. Bu zaman başçı ona qarşı kobudluq edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya