İngiltərə Rusiyaya görə hərbi təlimlərə başladı




İngiltərənin Kral ordusu Omanda geniş hərbi təlimlər keçirir.
Axar.az xəbər verir ki, "Tayms"ın məlumatına əsasən, son 17 ilin ən böyük təlimi olan "Saif Sareea 3" təlimində İngiltərə ordusu Rusiya ilə baş vermə ehtimalı olan müharibənin məşqini edir.

Təlimlərdə 5,500 əsgər, 200 zirehli maşın, 6 hərbi gəmi, Kral süvarisinin yüngül zirehli döyüş maşınları iştirak edir. Düşmən rolunda isə Rusiyanın T-72 tankları təsvir edilir.