IŞİD qanlı videolarında ilk dəfə Qərbli bir uşaqdan istifadə etdi!

"Daily Mail" qəzeti görüntülərdəki uşaqlar arasından birinin Türkiyədən olduğunu, birinin isə ingilis olduğunu yazdı
IŞİD-in qanlı videolarına bir yenisi də əlavə olundu. Günün son dəqiqə xəbərinə görə, terror təşkilatı IŞİD, Suriyada müharibə  əsirlərini öldürən beş uşağın görüntüləri gündəmə bomba kimi düşdü. 
 10 və  13 yaşlarında olan  uşaqlar arasında Əbu Abdullah əl Britani adıyla hallanan  bir ingilis də var. İngilis "The Sun" qəzetinin xəbərinə görə, IŞİD-in Qərbli bir uşağı ilk dəfə belə bir qanlı hadisədə  istifadə etdiyi güman edilir.
Digər  yandan İngilis "Daily Mail" qəzeti görüntülərdəki uşaqlar arasından birinin Türkiyədən olduğunu, birinin isə ingilis olduğunu yazdı. Qəzetin iddiasına görə, şəkildə görünən uşaqlardan biri də təşkilata Türkiyədən qatılıb.
BBC, Britanyalı olduğu bildirilən  uşağın şəxsiyyətinin hələ müəyyən edilmədiyini və Xaricilər Ofisinin mövzuya bağlı şərh vermədiyini   yazdı.
Xəbərdə, uşaqların öldürdüyü beş məhbusun kürd olduğu bildirilir.