İşıq pulu qəbzi ilə məktəbə qəbulun heç bir məntiqi izahı yoxdur
08:12 07.03.2019
Arxiv
654
Sıxlığı yaradan səbəbləri araşdırmaq, problemi aradan qaldırmaq lazımdır. Heç bir valideyn istəməz ki, uşağı evinə uzaq məktəbə getsin
Bu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodu tələb olunur. Tətbiq edilən bu yenilik təkcə Bakı şəhərini əhatə edir. Artıq şagird qəbulunun başlamasına sayılı günlər qalmasına baxmayaraq, bir çox valideyn bu yenilikdən xəbərdar deyil və bunun hansı məqsədlə tətbiq edildiyini də bilmir.
Təhsil ekspertləri isə tətbiq edilən yeniliyin məktəblərdəki sıxlığın aradan qaldırılmasına hesablandığını qeyd edib.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə "Şərq”ə açıqlamasında birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunmasını absurd yanaşma kimi dəyərləndirib və heç bir effekt verməyəcəyini əlavə edib:
"Məktəblərdə yaşanan şagird sıxlığının başlıca səbəbi bölgələrdə yaşayan əhalinin Bakıya axın etməsi ilə bağlıdır. Şagird sıxlığını aradan qaldırmağın başlıca yolu bu problemin həllindən keçir. Yox əgər bunun qarşısını almaq mümkün deyilsə, o zaman məktəblərin sayını artırmaq lazımdır. Əgər hansısa valideyn övladını evinin yaxınlığında, yaşadığı ərazidə yerləşən məktəbə yox, nisbətən uzaqda olan daha perspektivli məktəbə qoymaq istəyəcəksə, bunun yolunu tapacaq.
Ya məktəb direktoru, da ya işıq idarəsinin əməkdaşları ilə razılaşıb adına qəbz alacaq. İkincisi də işıq pulu qəbzi ilə məktəbə qəbulun heç bir məntiqi izahı yoxdur. Sıxlığı yaradan səbəbləri araşdırmaq, problemi aradan qaldırmaq lazımdır. Heç bir valideyn istəməz ki, uşağı evinə uzaq məktəbə getsin. Əgər uşaq yaxınlıqdakı məktəbdən lazımi bilik alarsa, valideynin nə marağı var ki, əlavə əziyyət, ya xərc çəkib onu uzağa göndərsin?”.
N.Qulamoğlunun fikrincə, sıxlığı aradan qaldırmaq üçün alternativ variantlar düşünmək lazımdır. Onun sözlərinə görə, birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin tələbi çox ciddi ajiotaja səbəb olacaq:
"Bakıda kirayə qalan minlərlə ailə var. Bəs onların uşaqlarını hansı meyarlarla qəbul edəcəklər. Necə sübut edəcəklər ki, bu uşaq həmin məktəbin yaxınlığında yaşayır, yoxsa başqa bir ərazidə? Kirayəşinlərin adına nə işıq, nə də su qəbzi olur. Küçələrə düşüb, həmin adamın doğrudan da göstərilən ərazidə kirayə qalıb-qalmadığını araşdıracaqlar? Düşünürəm ki, tətbiq edilən yeniliklə özləri-özlərini dolaşığa salırlar. Nə etdikləri, nə də etmək istədikləri bəllidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
11:19 27.08.2026
Futbol
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou