Jirinovski ermənilərə cinayətkar deyir
20:50 24.02.2015
Arxiv
554
Onun belə çıxış etməsi artıq erməni miqrantlara qarşı fəaliyyətin genişlənməsi ilə müşayiət olunacaq
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, dumanın vitse-spikeri Vladimir Jirinovski İrəvanı təhqir edib. O, dumasında Ermənistan vətəndaşlarının Rusiyaya gəlməsi barədə ikitərəfli müqavilənin müzakirəsi zamanı bildirib ki, bu müqavilə Rusiyaya gələn cinayətkarların sayının artması deməkdir:
"Rusiya çoxmillətli ölkədir. Burda gəlmələr elə də tanınmır. Sazişi təsdiq etməzdən öncə, bəlkə bir özümüzə sual verək - bu, bizim ölkəyə gələn cinayətkarların sayını artırmayacaq ki?”. Jirinovskinin açıqlamasından xəbər tutan Ermənistan mətbuatı dərhal özündən çıxıb. Və LDPR liderini riyakarlıqda ittiham edib.
Partiya liderinin bəyanatını şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında qeyd edib ki, Jirinovski hansı millətin nə ilə məşğul olmasına dair geniş informasiyaya malikdir: "O, ermənilərin Rusiya ərazisində törətdikləri cinayətlərin həddindən çox olmasını nəzərə alaraq, belə fikirlər səsləndirib. Etiraf edək ki, Jirinovski Bakıda olarkən ölkəmiz barədə həqiqətlərə öz gözləri ilə şahidlik etdi. Azərbaycanda çoxsaylı rus məktəblərinin olduğunu və onların çox yüksək səviyyədə fəaliyyət göstərdiyini gözü ilə gördü. Bu səbəbdən düşündü və belə qənaətə gəldi ki, vaxtilə Azərbaycanın əleyhinə irəli sürdüyü fikirlərin real əsası yox imiş. Jirinovski yaxşını pisdən fərqləndirməyə başlayıb”.
Ekspertin sözlərinə görə, vitse-spikerin mesajı Ermənistanda ajiotaja səbəb olub: "Bədnamlar çox gözəl anlayırlar ki, Jurinovski belə fikirlərlə çıxış edirsə, bu, artıq erməni miqrantlara qarşı fəaliyyətin genişlənməsi ilə müşayiət olunacaq. Təşkilat liderinin açıqlaması Azərbaycanın mövqelərinə uyğundur. Düşmən tərəfin adı cinayətdə çox hallanırsa, bu o deməkdir ki, Azərbaycan cinayətkarlarla üz-üzə dayanıb. Onun hədəfinə çevrilib. Jirinovskinin addımı ölkəmizin müdafiəsi anlamında qəbul edilə bilər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya